Badminton 3-cü Avropa Oyunlarının proqramına daxil edildi

Badminton 3-cü Avropa Oyunlarının proqramına daxil edildi
19 Yanvar 2021 г.
Bu gün Avropa Olimpiya Komitələri və Avropa Badminton İttifaqı (Badminton Europe) arasında badminton idman növünün 2023-cü ildə keçiriləcək 3-cü Avropa Oyunlarının proqramına daxil edilməsi ilə bağlı müqavilə imzalanıb. Danimarkanın paytaxtı Kopenhagendəki İdman Evində keçirilən tədbirdə Avropa Olimpiya Komitələrinin prezidenti Nils Niqard və Badminton Europe-un baş katibi Brayan Aqerbak razılaşmaya imza atıb. Polşanın Krakov şəhərində keçiriləcək 3-cü Avropa Oyunlarında bütün 5 kateqoriyada baş tutacaq badminton yarışları idmançıların dünya reytinqinə təsir edəcək və Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıracaq. Krakovda bütün kateqoriyalarda ümumilikdə 160 badmintonçunun iştirakı nəzərdə tutulub. Badminton Europe-un prezidenti Peter Tarçala: “2023-cü ildə keçiriləcək Avropa Oyunları bir daha qitənin ən istedadlı badmintonçularını bir araya gətirəcək”. Avropa Olimpiya Komitələrinin baş katibi Rafaele Paqnozzi: “Bakıda keçirilən ilk Avropa Oyunlarından başlayaraq badminton bu yarışlarda böyük dəyər qazanıb”
Xəbərlər siyahısına qayıt