Badmintonçularımız komanda yarışında ikinci oldu!

Badmintonçularımız komanda yarışında ikinci oldu!
8 Sentyabr 2021 г.
Yeniyetmə və gənclərdən ibarət komandamız Rusiyanın Kazan şəhərində keçirilən 1-ci MDB oyunlarında gümüş medal qazanıb. Dairəvi sistem üzrə keçirilən komanda yarışında badmintonçularımız Belarus (4:1), Özbəkistan (4:1), Ermənistan (5:0) və Qazaxıstan (4:1) üzərində böyükhesablı qələbə qazanıb. Rusiyanı təmsil edən seçmə kollektivə (0:5) uduzan badmintonçularımız turnir cədvəlini ikinci sırada başa vuraraq komanda yarışında gümüş medallara layiq görülüb.
Xəbərlər siyahısına qayıt