BEC-in nümayəndə heyətlərinin növbəti illik virtual görüşünü keçirilib

BEC-in nümayəndə heyətlərinin növbəti illik virtual görüşünü keçirilib
1 May 2021 г.
Avropa Badminton Konfederasiyası nümayəndə heyətlərinin növbəti illik virtual görüşü keçirilib. Artıq ikinci il ardıcıl olaraq nümayəndə heyətlərinin illik görüşü onlayn şəkildə keçirilir. 2020-ci oktyabrın 20-də olduğu kimi bu gün də Avropa Badminton Konfederasiyasının prezidenti Peter Tarkala və baş katib Brayan Agerbak nümayəndə heyətlərinin illik, 54-cü görüşündə tədbir iştirakçılarını onlayn şəkildə salamlayıb. İclası giriş sözü ilə açan Peter Tarkala artıq virtual toplantılara vərdiş etdiklərini və bununla bağlı təəssüratlarının müsbət olduğunu bildirdi. Səsvermənin nəticələrindən və nümayəndə heyətlərinin dəstəyindən məmnunluğunu qeyd edən Avropa Badminton Konfederasiyasının prezidenti Peter Tarkala rəhbərlik etdiyi qurumun Avropada güclü birliyə sahib olduğunu və bunun gələcəkdə də davam edəcəyinə ümid etdiyini deyib. 41 nümayəndə heyətinin iştirakı ilə keçirilən onlayn iclasda Peter Tarkala pandemiya dövründə badminton oynamağın mümkünlüyü üzərində işləyən nümayəndə heyətlərinə təşəkkür etməklə yanaşı onları ötən il olduğu kimi böyük iş görməyə davam etməyə ruhlandırıb. İclasda iştirakçılar 2021-2024-cü illəri əhatə edəcək stateji planla bağlı məlumatlandırılıb. Nümayəndə heyətlərinə stateji planın mənzərəsi, məqsədi, dəyərləri və prioritetləri təqdim olunub. Ardınca Avropa Badmiton Konfederasiyasının baş katibi Brayan Agerbak komissiya və komitələr qarşısında növbəti illər üçün yeni təşəbbüslərlə çıxış edib. Agerbak bildirib ki gələcəyə baxmaq üçün hər 4-5 il ərzində strateji plana baxış keçirilir. Çünki plan zamanın tələbinə uyğun olaraq dəyişkəndir və dəqiq fəaliyyət istiqaməti üzrə müəyyənləşir. Baş katib qarşıdakı illər üçün ambisiyalarının böyük olduğunu qeyd etməklə yanaşı son illərdə idarəçiliyin daha çox əhəmiyyət kəsb etdiyini əlavə edib. Agerbak asiyalılarla rəqabət aparmaq üçün badmintonu Avropada daha da əyləncəli idman növünə çevirmək, yerli federasiyaya inkişaf üçün dəstək olmaq və bu idman növündə kütləviliyi əsas hədəfləri kimi göstərib. İclasdan öncə Avropa Badminton Konfederasiyasının Direktorlar Şurası tərəfindən qaydalara təklif olunan dəyişikliklər nümayəndə heyətləri tərəfindən yekdilliklə təsdiq olunub. Nümayəndə heyətlərinin görüşündə iştirakçılar Andrey Antropovu 2021-2025-ci illər üçün yenidən Avropa Badminton Konfederasiyasının vitse-prezidenti vəzifəsinə seçiblər. Avropa Badminton Konfederasiyasının nümayəndə heyətlərinin növbəti görüşü 2022-ci ildə Maltanın paytaxtı Valletta şəhərində keçiriləcək.
Xəbərlər siyahısına qayıt