Edi 2200 reytinq xalı qazandı

Edi 2200 reytinq xalı qazandı
15 Dekabr 2019 г.
İtaliyanın Milan şəhərində keçirilən "Italian International 2019" turnirinə yekun vurulub.Kişi badmintonçuların şəxsi yarışında çıxış edən Edi Reski Dviçayo "International Challenge" kateqoriyalı turnirdə mübarizəyə əsas mərhələdən başlayıb. 1/16 finalda Almaniya təmsilçisi Samuel Hsiaoya 2:1 (15-21,21-16,22-20) hesabı ilə qalib gələn Edi 1/8 finalda Avropa bamdintonunun ulduzu,son qitə çempionatının finalçısı fransalı Brays Leverdezlə qarşılaşıb.Badmintonçumuz gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə turnirin 1 nömrəli reytinq favoriti,son iki olimpiadanın iştirakçısını məğlub etməyi bacarıb. İlk setdə Leverdezə 10-21 hesabı ilə uduzan Edi, ardıcıl iki setdə qələbə qazanaraq möhtəşəm geridönüşə imza atıb! 2:1 (10-21,21-11,21-19) 1/4 finalda digər Fransa badmintonçusu Lukas Korvi ilə qarşılaşan Edi ayağındakı ağrılar səbəbindən görüşü yarıda dayandırmaq məcburiyyətində qalıb.1/4 finalda mübarizəni dayandıran Edi hesabına 2200 reytinq xalı yazdırıb.
Xəbərlər siyahısına qayıt