Edi "56 Portuguese International Championships" turnirində çıxış edib

Edi "56 Portuguese International Championships" turnirində çıxış edib
10 May 2021 г.
Badminton üzrə milli komandamızın üzve Edi Reski Dviçayo Portuqaliyanın Kaldaş-da-Rainya şəhərində keçirilən "56 Portuguese International Championships" turnirində çıxış edib. Kişi badmintonçuların şəxsi yarışında mübarizəyə əsas mərhələdən başlayan Edi ilk görüşündə isveçrəli Kristian Kirçmayerə 2:0 (21-13,21-15) hesabı ilə qalib gəlib. Badmintonçumuz 1/8 finalda Danimarka təmsilçisi Ditlev Yager Holmla qarşılaşıb. Edi turnirin qalibinə 0:2 (7-21,13-21) hesabı ilə uduzub.
Xəbərlər siyahısına qayıt