Edi Avropa çempionatında çıxış edib

Edi Avropa çempionatında çıxış edib
28 Aprel 2021 г.
Badmintonçumuz Edi Reski Dviçayo Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən Avropa çempionatında çıxış edib. Mübarizəyə 1/16 final mərhələsindən qoşulan Edinin rəqibi Niderland badmintonçusu Yoran Kvikel olub. Gərgin və maraqlı mübarizə şəraitində keçirilən görüşün ilk setində Edi rəqibini 26:24 hesabı ilə üstələməyi bacarıb. İkinci setdə 16:21 hesabı ilə uduzan badmintonçumuz həlledici 3-cü seti 14:21 hesabı ilə geridə bitirib.
Xəbərlər siyahısına qayıt