Edi "YONEX Belgian International" turnirində iştirak edib

Edi "YONEX Belgian International" turnirində iştirak edib
2 Noyabr 2021 г.
Badmintonçumuz Edi Reski Dviçayo Belçikanın Löven şəhərində keçirilən "International Challenge" kateqoriyalı "YONEX Belgian International " turnirində iştirak edib. Kişi badmintonçuların şəxsi yarışında mübarizəyə əsas mərhələdən başlayan Edi 1/16 finalda Almaniya təmsilçisi Kai Şafer üzərində 2:1 (22-24, 21-17,21-16) hesablı qələbə qazansa da, növbəti mərhələdə turnirin qalibi malaziyalı Ng Tze Yonga 0:2 (12-21,12-21) hesabı ilə uduzub.
Xəbərlər siyahısına qayıt