"Shuttle Time" proqramının tətbiqinə start verilib

"Shuttle Time" proqramının tətbiqinə start verilib
31 May 2021 г.
Azərbaycan Badminton Federasiyası ilə Dünya Badminton Federasiyasının birgə əməkdaşlığının nəticəsi olaraq “BWF Membership Grants” layihəsi çərçivəsində ilk dəfə ölkəmizdə “Shuttle Time” proqramının tətbiqinə start verilib. İlk olaraq Lənkəranda proqram çərçivəsində idman müəllimləri üçün 4 günlük təlimlər keçirilib. Təlim iştirakçıları badmintonun nəzəri və praktik biliklərinə yiyələnib. Qarşıdakı günlərdə Qusar (1-4 iyun), Bakı (8-11 iyun), Sumqayıt (15-18 iyun) və Gəncədə (22-25 iyun) də “Shuttle Time” proqramı təşkil olunacaq. Layihənin əsas məqsədi ölkəmizdə badmintonun kütləviliyinə nail olmaq, məktəblilər arasında bu idman növünə maraq oyatmaq və gənc badminton məşqçiləri hazırlamaqdır. “Shuttle Time” proqramı Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Xəbərlər siyahısına qayıt