2012 və daha kiçik yaşlı badmintonçular arasında Respublika birinciliyinə yekun vurulub

2012 və daha kiçik yaşlı badmintonçular arasında Respublika birinciliyinə yekun vurulub
6 Aprel 2022 г.
1 saylı idman liseyində 2012-ci il təvəllüdlü və daha kiçik yaşlı oğlan və qızlar arasında Respublika birinciliyinə yekun vurulub. 5 kateqoriya üzrə qaliblərin müəyyənləşdiyi yarışda 31 oğlan və 26 qız iştirak edib.

Şəxsi. Oğlanlar: 1.Məhəmməd Hacızadə, 2.Eldəniz Novruzov, 3.Malik Cəfərov, 4.Ömər Teymurlu

Qızlar: 1.Banu İbrahimli, 2.Hökümə Səfərova, 3.Fatimə Cabbarova, 4.Həbibə Quliyeva

Qoşa-oğlanlar: 1.Məhəmməd Hacızadə-Eldəniz Novruzov, 2.Ömər Teymurlu-Binnət Məmmədli, 3.Yusif Kamalov-Malik Cəfərov, 4.Tofiq Bədəlov-Uğur Nəzərov

Qoşa-qızlar: 1.Banu İbrahimli-Həbibə Quliyeva, 2.Hökümə Səfərova-Yağmur Zeynalova, 3.Fatimə Cabbarova-Böyükxanım Aslanova, 4.Esma Məmmədova-Elina Şeydabəyova

Qarışıq qoşa: 1.Məhəmməd Hacızadə-Banu İbrahimli, 2.Eldəniz Novruzov-Hökümə Səfərova, 3.Malik Cəfərov-Həbibə Quliyeva, 4.Ömər Teymurlu-Esma Məmmədova

Azərbaycan Badminton Federasiyası ilə Gənclər və İdman nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən turnirin mükafatçıları diplom və medallarla təltif olunublar.

Xəbərlər siyahısına qayıt