ABF rəhbərliyi BEC-in konqresində iştirak edir

ABF rəhbərliyi BEC-in konqresində iştirak edir
8 Aprel 2022 г.
Bu gün Maltanın paytaxtı Valetta şəhərində Avropa Badminton Konfederasiyasının illik iclası işinə başlayıb. İki gün davam edəcək konqresdə Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov, federasiyanın vitse-prezidenti Aynur Səmədova və baş məşqçi Morteza Validarvi iştirak edir.

İclasın ilk günündə Taleh Ziyadov Dünya Badminton Federasiyasının prezidenti Pol-Erik Xöyer Larsenlə görüşüb. Görüş zamanı Azərbaycanda badmintonun inkişafı, ABF və BWF arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Dünya Badminton Federasiyası ilə birgə əməkdaşlığın nəticəsi olaraq ölkəmizin 5 regionunda həyata keçirilən "Shuttle Time" proqramı ilə bağlı ətraflı məlumat verilib.

Toplantının ilk günündə Azərbaycanda həyata keçirilən "Shuttle Time" proqramı Aynur Səmədova və Morteza Validarvi tərəfindən nümunəvi layihə olaraq təqdim olunub.

Xəbərlər siyahısına qayıt