Badmintonçularımız Avropa çempionatında çıxış edib

Badmintonçularımız Avropa çempionatında çıxış edib
27 Aprel 2022 г.
Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni İspaniyanın Madrid şəhərində keçirilən Avropa çempionatında çıxışını başa vurub.

Badmintonçularımız kişilərin qoşa yarışında Covanni Qreko-Kevin Strobl (İtaliya) cütünə 2:0 (21-13,21-16) hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. Edi-Ezmi tandemi bu mərhələdə Ben Leyn-Şon Vendi (İngiltərə) qoşası ilə qarşılaşıb. Gərgin keçən görüş 3 set davam edib. Edi-Ezmi qoşası ilk setdə rəqibinə 22:20 hesabı ilə qalib gəlsə də, növbəti 2 setdə uduzub (17-21,10-21).

Kişi badmintonçuların şəxsi yarışında 1/16 finalda İrlandiya təmsilçisi Nhat Nguyenlə qarşılaşan Edi rəqibinə 0:2 (10-21,14-21) hesabı ilə uduzub.

Xəbərlər siyahısına qayıt