Badmintonçularımız MDB oyunlarında 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazandı

Badmintonçularımız MDB oyunlarında 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazandı
11 Sentyabr 2021 г.
Yeniyetmə və gənc badmintonçularımız Rusiyanın Kazan şəhərində keçirilən 1-ci MDB oyunlarında ümumilikdə 1 qızıl, 3 gümüş və 1 bürüc medal qazanıb. Oğlan badmintonçuların şəxsi yarışında Diki Pangestu finalda Qazaxıstan idmançısı Dmitriy Panarini 2:0 hesabı ilə məğlub edərək MDB oyunlarının qalibi olub. Qızların şəxsi yarışında badmintonçumuz Era Maftuha finalda Rusiya təmsilçisi Mariya Qolubevaya 0:2 hesabı ilə uduzaraq turnirin gümüş medalına layiq görülüb. Oğlanların qoşa yarışında Diki Pangestu-Məhəmməd Xədafi cütü finalda Rusiya badmintonçuları Georgiy Lebedev-Lev Barinov tandemi ilə qarşılaşıb. 3 set davam edən qarşılaşma badmintonçularımızın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Badmintonçularımız müvafiq kateqoriyada gümüş medala yiyələnib. Qarışıq-qoşa yarışında yarımfinalda Pavel Moniç-Regina Qaliaxmetova (Rusiya) cütünə 0:2 hesabı ilə uduzan Aqil Qəbilov-Era Maftuha tandemi müvafiq kateqoriyada bürünc medal qazanıb. Xatırladaq ki, daha öncə yeniyetmə və gənc badmintonçularımızdan ibarət millimiz komanda yarışında gümüş medal qazanıb.
Xəbərlər siyahısına qayıt