Badmintonçumuz dünya çempionatına vəsiqə qazandı!

Badmintonçumuz dünya çempionatına vəsiqə qazandı!
24 Sentyabr 2021 г.
Azərbaycan tarixdə ilk dəfə dünya çempionatının final mərhələsində təmsil olunacaq! Edi Reski Dviçayo cari ilin 12-19 dekabrında İspaniyanın Huelva şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək ilk badmintonçumuz olacaq. Bununla bağlı Dünya Badminton Federasiyası (BWF) “TotalEnergies BWF World Championships 2021” turnirinə vəsiqə qazanmış badmintonçuların siyahısını açıqlayıb. Edi kişi badmintonçuların şəxsi yarışında 64 idmançı arasında 45-ci olaraq dünya çempionatına lisenziya əldə edib!
Xəbərlər siyahısına qayıt