Edi olimpiadada çıxışını başa vurub

Edi olimpiadada çıxışını başa vurub
28 İyul 2021 г.
Badmintonçumuz Edi Reski Dviçayo "L" qrupunda sonuncu oyununu keçirib. Edi son Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı, hazırda dünya reytinqində 3-cü sırada qərarlaşan Danimarka idmançısı Anders Antonsenlə qarşılaşıb. Edi rəqibinə 0:2 (16-21, 15-21) hesabı ilə uduzub. Xatırladaq ki, badmintonçumuz ilk görüşündə Vyetnam badmintonçusu Tien Minh Nguyeni 2:0 hesabı ilə məğlub edib.
Xəbərlər siyahısına qayıt