Edi olimpiadaya qələbə ilə başladı!

Edi olimpiadaya qələbə ilə başladı!
27 İyul 2021 г.
Badmintonçumuz Edi Reski Dviçayo Tokio-2020 Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb. "L" qrupunda qərarlaşan Edi ilk görüşündə Vyetnam badmintonçusu Tien Minh Nguyenlə qarşılaşıb. İlk seti 21-14 hesabı ilə irəlidə bitirən Edi, ikinci setdə 21-18 hesablı qələbə qazanaraq rəqibini 2:0 hesabı ilə məğlub edib! Edi növbəti görüşünü sabah danimarkalı Ander Antonsenə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Xəbərlər siyahısına qayıt