Edi "YONEX Swiss Open 2022" turnirində çıxışını başa vurub

Edi "YONEX Swiss Open 2022" turnirində çıxışını başa vurub
26 Mart 2022 г.
Badmintonçumuz Edi Reski Dviçayo İsveçrənin Bazel şəhərində keçirilən "YONEX Swiss Open 2022" turnirində çıxışını başa vurub.

Mübarizəyə təsnifat mərhələsindən başlayan Edi 3 set davam edən ilk görüşündə finlandiyalı rəqibi Heino İkkaya 2:1 (21-19,19-21,21-18) hesabı ilə qalib gələrək kişi badmintonçuların şəxsi yarışında nüfuzlu turnirin əsas mərhələsinə yüksəlib.

1/16 finalda kanadalı Yanq Brianla qarşılaşan badmintonçumuz ilk setdə rəqibinə 12-21 hesabı ilə uduzsa da, ikinci seti 21-18 hesablı üstünlüklə başa vurub. Kanadalı idmançı oyun zamanı dizindən zədə aldığından görüşü davam etdirə bilməyib. Beləliklə Edi elit seriyalı turnirdə 1/8 finala yüksəlib.

Dviçayo 1/4 finala yüksəlmək uğrunda keçirilən görüşdə hindistanlı Samir Vermaya 0:2 (21-23,7-21) hesabı ilə uduzub.

Xəbərlər siyahısına qayıt