“Shuttle Time” proqramı son olaraq Bakı və Sumqayıt şəhərlərində həyata keçirilib.
Milli komandanın baş məşqçisi Morteza Validarvinin rəhbərliyi altında keçirilən təlimlərə ümumilikdə 200-ə yaxın məktəbli qatılıb.
Ümumilikdə 400-dən çox məktəblinin iştirak etdiyi təlimlər daha öncə Lənkəran,Qusar və Gəncədə təşkil olunub.
Layihənin əsas məqsədi ölkəmizdə badmintonun kütləviliyinə nail olmaq, məktəblilər arasında bu idman növünə maraq oyatmaq və gənc badminton məşqçiləri yetişdirməkdir.
“Shuttle Time” proqramı Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin birgə dəstəyi ilə həyata keçirilir.