Uşaqlar arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

Uşaqlar arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
19 Aprel 2022 г.
1 saylı peşə idman liseyində 2010-2011 təvəllüdlü badmintonçular arasında 5 kateqoriya üzrə Azərbaycan birinciliyinin final oyunları keçirilib. 80 idmançının yarışdığı ölkə çempionatında Bakı ilə yanaşı Gəncə, Qusar və Siyəzəni təmsil edən uşaq badmintonçular iştirak edib.

Şəxsi oğlanlar: 1.Ayxan Kərimzadə, 2.Anar Hüseynov 3.Fərəc Kərimli

Şəxsi qızlar: 1. Leyla Camalzadə 2. Nəzrin Mehrəlizadə 3. Dəniz Novruzova

Qoşaq oğlanlar: 1.Ayxan Kərimzadə-Anar Hüseynov 2.Fərəc Kərimli-Yusif Mirələmov 3.Zahid Fərhadian-Cavid Fərhadian

Qoşa qızlar: 1.Nəzrin Mehrəlizadə-Leyla Camalzadə 2.Dəniz Novruzova-Zeynəb Mirzəli 3.Zivər Qəsəbova-Banu İbrahimli

Qarışıq qoşa: 1.Ayxan Kərimzadə-Leyla Camalzadə 2.Anar Hüseynov-Nəzrin Mehrəlizadə 3. Fərəc Kərimli-Dəniz Novruzova

Azərbaycan Badminton Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən turnirin mükafatçıları diplom və medallarla təltif olunublar.

Xəbərlər siyahısına qayıt