Haqqımızda

Azərbaycanda badminton idman növünün yaranma tarixi 1957-ci ilə təsadüf edir. Beləki Sovetlər Birliyinin paytaxtı Moskva şəhərində 1957-ci ildə dünya gənclər və tələbələrin festivalında badminton idman növü ilə tanışlıq olmuşdur. Festivalda iştirak edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dosenti mərhum Nazim Əliyev badmintonun sirləri ilə tanış olmuş və badmintonun Azərbaycanda əsasını qoymuşdur.

1962-ci ildə ilk Bakı, 1963-cü ildə ilk Azərbaycan cempionatı keçirilmişdir. Azərbaycan Badminton Federasiyası (ABF) -1964-cü ildə yaranmış, 1996-cı ildə yenidən təsis edilmişdir.
1997-ci ildən beynəlxalq Badminton Federasiyasının (İBF) və Avropa Badminton Federasiyasının üzvüdür.
1962-ci ildə badminton üzrə ilk Bakı çempionu Lado Mehdiyev olmuşdur.
1969-cu ildə badminton üzrə ilk İdman Ustası Qardaşxan Hadiyev olmuşdur.
1969-cu ildə badminton üzrə ilk əməkdar məşqçi Nazim Əliyev, 1979-ci ildə isə onun davamçısı Lado Mehdiyev olmuşdur.
1969-cu ildə Klaypeda şəhərində keçirilən yeniyetmələrin SSRİ birinciliyində Qardaşxan Hadiyev və Valentina Tsyupa komandanın tərkibində çempion olmuşdular.
1976-cı ildə Belarusiyanın Magilyov şəhərində keçirilən yeniyetmələrin SSRİ birinciliyində Mirzə Orucov mütləq çempion olmuşdur.
1981-cı ildə Moskva şəhərində keçirilən SSRİ “Spartak” cəmiyyətinin mərkəzi şurasının yarışlarında komandanın tərkibində çempion olmuşdular.
1997-ci ildə keçirilən İslam Ölkələri Qadınlarının İdman Oyunlarında Nərgiz Mehdiyeva bürünc medal qazanmışdır.
2002-2005-ci illərdə İran İslam Respublikasında keçirilən ənənəvi Beynəlxalq Fəcr turnirində Nərgiz Mehdiyeva şəxsi yarışlarda cempion və mükafatçı, qoşa kateqoriyada isə Sevinc Axundova ilə birgə dəfələrlə cempion və mükafatçı olmuşdular.
2010-cu ildə İran İslam Respublikasında keçirilən “A” kateqoriyalı ənənəvi Beynəlxalq Fəcr turnirində Kənan Rzayev və Orxan Qələndərov cütlüyü bürünc medal qazanmışdır.
1996-cı ildən 2015-ci ilə qədər Kamal Abdullayev Azərbaycan Badminton Federasiyasının prezidenti olmuşdur.
2015-ci ilin iyun ayında Bakıda ilk dəfə keçirilən Avropa Oyunlarında badminton idman növü üzrə Azərbaycanı baş məşqçi Ceyhun Məmmədəliyevin rəhbərliyi altında Kənan Rzayev və Orxan Qələndərov təmsil etmişlər.

2015-ci ilin iyun ayında Mikayıl Cabbarov Badminton Federasiyasının prezidenti seçilmişdir.

2018-ci ilin fevralında badminton üzrə kişilərdən ibarət milli komandamız Azərbaycan badminton tarixində ilk dəfə Rusiyanın Kazan şəhərində keçirilən komandalararası Avropa çempionatında iştirak edib.Komandamız Almaniya,Lüksemburq və İslandiya yığmaları ilə qarşılaşıb.

2019-cu ilin iyun ayında Mikayıl Cabbarov növbəti 4 il müddətinə Azərbaycan Badminton Federasiyasının prezidenti seçilib.

2019-cu ilin iyununda Minskdə keçirilən ikinci Avropa Oyunlarında iştirak edən Ezmi Qovimuramadhoni badminton idman növündə turnirin 1/4 finalına kimi irəliləyib.

2020-ci ilin fevralında badminton üzrə kişilərdən ibarət milli komandamız Fransanın Lievin şəhərində keçirilən komandalararası Avropa çempionatında çıxış edib.Komandamızın rəqibləri Almaniya,İslandiya və Çex Respublikası yığmaları olub.